


İdman kompleksləri üçün vahid axtarış və müqayisə sisteminin olmaması səbəbindən insanlar cox zaman məlumatsız və az məlumatlı olur. Bu problemi aradan qaldırmağa hədəflənmiş olan platformamız eyni zamanda istifadəçilərə endirim və kampaniyalar barədə ətraflı məlumat verir. StartPoint istifadə edənlər keçirilən endirim aksiyaları və kampaniyalara uyğun olaraq hədiyyə və endirimli gedişlər qazanmaq şansı əldə edir.
Ədalətli və rahat platforma üzərindən sizə ən uyğun idman kompleksini seçərək zamanınıza və xərclərinizə qənaət edə bilərsiniz. Sizi məmnun etməyə hədəflənən platformamızın köməyi ilə “StartPoint” istifadəçiləri şikayət və təkliflərini bizimlə bölüşərək bizə və partnyorlarımıza xidmət səviyyəsini artırmağa köməklik göstərə bilərlər.
“StartPoint” ödəniş sistemi vasitəsi ilə partnyorlarımız tərəfindən təklif edilən xidmətlərdən “StartPoint” Mobil Tətbiqində qeydiyyatdan keçərək ödəniş edə bilərsiniz. Partnyorlarımız tərəfindən təklif edilən xidmət paketlərinə uyğun olaraq ödəniş etdikdən sonra virtual kartınızla planlaşdırılan tədbirlərə/dərslərə gedişlər edə bilərsiniz.