1. Ümumi müddəlar
1.1. Bu Şərtlər İstifadəçi və "STARTPOİNT" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – "Şirkət adlanacaq) arasında hüquqi razılaşma olub, Şirkət tərəfindən təqdim olunan Mobil Tətbiqdən, habelə Veb Səhifədən istifadənizə dair Sizinlə Şirkət arasındakı münasibətləri tənzimləyir.
1.2. Şirkət vaxtaşırı olaraq Mobil Tətbiq vasitəsi ilə İstifadəçiyə məlumat verməklə bu Şərtlərə dəyişikliklər edə bilər. Belə dəyişikliklər Mobil Tətbiqdə dərc edildiyi gündən qüvvəyə minir.
1.3. İstifadəçinin Tətbiqdən davamlı olaraq istifadə etməsi onun düzəlişlər edilmiş İstifadə Şərt və Müddəalarını qəbul etməsi kimi şərh olunacaq.
1.4. "Razıyam" düyməsini klikləməklə İstifadəçi bu İstifadə Şərtləri və Qaydalarına dair Razılaşmaya riayət etməyə razılıq verir.

2. İstifadə olunan anlayışlar
2.1. Şirkət – "STARTPOİNT" Məhdud Məsuliyyətli Cəmiyyəti;
2.2. İstifadəçi və ya Siz – Mobil Tətbiqdə qeydiyyatdan keçən fiziki və ya hüquqi şəxs;
2.3. Tərəfdaş – Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış və öz Nizamnaməsi ilə fəaliyyət göstərən "STARTPOİNT" MMC ilə müqavilə münasibətləri olan, idman, fitness və ya sağlam həyat tərzi ilə əlaqəli xidmətlər göstərən, təklifləri Veb Səhifə və Mobil Tətbiqdə yerləşdirilən fərdi sahibkar və ya hüquqi şəxsdir.
2.4. Mobil Tətbiq – obyekt və ilkin mətn kodları da daxil olmaqla, bütün mülkiyyət və əqli mülkiyyət hüquqları Şirkətə malik olan "StartPoint" mobil tətbiqidir;
2.5. Veb Səhifə - Şirkətə məxsus olan https://startpoint.az veb səhifəsidir.

3. Biz kimik?
3.1. Şirkət Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılan, həmin qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxsdir.
3.2. Şirkətin tam adı və rekvizitləri:
Tam adı: "STARTPOİNT" Məhdud Məsuliyyətli Cəmiyyəti;
VÖEN: 1604402081;
Hüquqi ünvanı: AZ1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov, ev 32, mənzil 4;
Əlaqə vasitəsi: (+99450) 491 81 01; https://startpoint.az.

4. StartPointdə qeydiyyat
4.1. İstifadəçi mobil cihazlar vasitəsilə Tətbiqi yükləməklə, habelə digər elektron vasitələrdən istifadə edərək Veb Səhifəyə daxil olmaqla, Şirkət tərəfindən müəyyən olunmuş prosedura uyğun StartPointdə qeydiyyatdan keçə və elektron kabinet yarada bilər.
4.2. Şirkət Sizə, bu Razılaşmaya uyğun olaraq Tətbiqə və ya Veb Səhifəyə sahib olduğunuz, nəzarət etdiyiniz və ya istifadə etdiyiniz mobil cihazla və ya digər elektron qurğuda StartPointdən istifadə etmək üçün qeyri-müstəsna icazə verir. Bu icazənin müddəti Sizin StartPointdən qeydiyyatdan keçdiyiniz tarixdən başlayır və müəyyən edilmiş şərtlər daxilində davam edir.
4.3. Mobil Tətbiqdə qeydiyyatdan keçmək üçün İstifadəçi bu məlumatları təqdim etməlidir: (i) soyadı; (ii) adı; (iii) imeyl ünvanı; (v) telefon nömrəsi; (vi) yaşayış ünvanı; (vii) doğum tarixi;.
4.4. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyü və dəqiqliyi ilə bağlı cavabdehlik daşıyır. Şirkətə öz şəxsi məlumatlarını verməklə İstifadəçi Şirkətə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun öz şəxsi məlumatlarının işlənilməsi və onlardan istifadə edilməsi ilə bağlı razılıq verir.
4.5. İstifadəçi Planlaşdırılmış Tədbirlərin başlanmasından ən azı 1 saat əvvəl qeydiyyatı ləğv edə bilər.
4.6. Şirkət Planlaşdırılmış Tədbirlərə qeydiyyatı belə Planlaşdırılmış Tədbirin başlanmasına ən azı 24 saat qalmış ləğv edə bilər. Planlaşdırılmış Tədbirin ləğvi barədə telefonla və/yaxud Mobil Tətbiq vasitəsilə bildiriş göndərilir.

5. StartPointdən istifadə, giriş icazələrinin alınması
5.1. Şirkət olaraq mobil cihazınızın bluetooth, lokasiya, düymə qoruyucusu, telefon vəziyyəti, sistem xəbərdarlığı pəncərəsi, təqvim, kamera, kontaktlar, mikofon, bildirişlər, sensorlar, SMS mesajları, sosial media hesabları, kənar yaddaş və digər funksiyalarına giriş icazəsi tələb edə bilərik. Qeyd olunan giriş icazələrindən bəziləri aşağıdakı məqsədlər üçün tələb olunur:
Blutuz (Bluetooth) – StartPoint vasitəsi ilə NFC (near-field communication) funksiyasından istifadə etmək üçündür;
Lokasiya (Location) İstifadəçinin yerləşdiyi yerin koordinatlarını müəyyən etmək, müvafiq yerə ən yaxın partnyor subyektlərini təqdim etmək üçündür;
Düymə qoruyucusu (Keyguard) – PİN kodun və digər təhlükəsizlik məlumatlarının qorunması üçündür;
Kamera (Camera) – Kartların, QR kodun, şəxsiyyət vəsiqəsi və sair sənədlərin oxudulması, habelə QR kod vasitəsilə ödənişlərin edilməsi və digər əməliyyatların icrası üçündür;
Bildirişlər (Push notifications) – Biz Sizə hesabınız və Tətbiq barədə bildirişlər göndərilməsi üçün müraciət edə bilərik. Əgər siz həmin bildirişləri qəbul etməkdən imtina etmək istəyirsinizsə, öz mobil cihazınızın parametrlər bölməsi vasitəsilə bildirişlərin qəbulu funksiyasını deaktiv edə bilərsiniz.
Digər saytlara keçidlər/bağlantılar
Bu xidmətdə digər saytlara keçidlər (bağlantılar) ola bilər. Siz üçüncü tərəfin keçidini klikləsəniz, həmin Sayta yönəldiləcəksiniz. Qeyd edək ki, bu kənar saytlar Bizim tərəfimizdən idarə olunmur. Buna görə də Sizə müvafiq veb saytların məxfilik siyasətlərini nəzərdən keçirməyinizi şiddətlə tövsiyə edirik. Üçüncü tərəflərin/Tərəfdaşların saytlarının və ya xidmətlərinin məzmunu, gizlilik qaydaları və ya tətbiqləri üzərində nəzarətimiz yoxdur və bununla bağlı baş verən hallara görə Şirkət olaraq məsuliyyət daşımırıq.
Marketinq rabitəsi və digər istifadəçilərlə qarşılıqlı əlavələr
Qanunvericiliklə icazə verilən qaydada, sizin razılığınızla sizin məlumatlarınızı (marketinq məqsədləri üçün) üçüncü şəxslərlə bölüşə bilərik. Bu barədə razılığınızı istədiyiniz zaman ləğv edə bilərsiniz. Əgər siz Tətbiqin digər istifadəçiləri ilə qarşılıqlı əlaqədə olsanız, həmin istifadəçilər sizin adınızı, profil şəklinizi, digər istifadəçilərə dəvətlər göndərməyinizi, digər istifadəçilərlə yazışmağınız, paylaşımları bəyənməyinizi, bloqları izləmək daxil olmaqla digər fəaliyyətinizin təsvirini görə bilərlər.
5.2. StartPointdən istifadəni optimallaşdırmaq və rahatlaşdırmaq məqsədilə, Biz Sizə aid barmaq izi və ya digər fərdi biometrik məlumatlarınızdan istifadə imkanı təklif edə bilərik.
5.3. Biz yuxarıda sadlanan giriş icazələrinin məqsədlərini və sayını dəyişdirə, habelə müxtəlif yarışmalar, hədiyyəli uduşlar, müsabiqələr və sorğular keçirmək məqsədilə də bu və ya digər başqa məlumatlara da giriş icazəsi tələb edə bilərik. Siz giriş icazənizi dəyişdirmək istəyirsinizsə, bunu mobil cihazınızın parametrlərində edə bilərsiniz. Parametləri dəyişdikdə, giriş icazəsini dayandırdıqda (ləğv etdikdə), Şirkətin təqdim etdiyi xidmətlərdən istifadə imkanından məhrum ola bilərsiniz.

6. İstifadəçinin hüquq və vəzifələri
6.1. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
6.1.1. Mobil cihazının və/və ya SİM-kartının itirilməsinin, oğurlanmasının və ya hər hansı formada İstifadəçinin sahibliyindən çıxmasının, habelə üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görür;
6.1.2. Mobil cihazının və/və ya SİM-kartının itirilməsi, oğurlanması və ya hər hansı formada İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi zamanı dərhal Şirkətin (+99450) 491 81 01 telefon nömrəsinə zəng edərək məlumat verir;
6.1.3. Şirkətin və onun Tərəfdaşlarının təklif etdiyi xidmətlərindən Azərbaycan Respublikasının qanunlarına, bu Razılaşmaya, habelə Şirkətin müəyyən etdiyi və/və ya gələcəkdə müəyyən edəcəyi qaydalara (tələblərə) əsasən istifadə edir;
6.1.4. Şirkətin bu Razılaşmaya və/və ya xidmətlərdən istifadə siyasətinə birtərəfli qaydada dəyişikliklər edə bilməsi hüququnu qəbul edir. Dəyişikliklərin Mobil Tətbiqdə, habelə StartPointdə elektron kabinetdə yerləşdirildiyi gün İstifadəçi tərəfindən qəbul edildiyi gün sayılır.
6.2. İstifadəçinin aşağıdakı hüquqları vardır:
6.2.1. StartPointdən istifadə etməklə əməliyyatlar aparır, xidmətlərdən istifadə edir;
6.2.2. StartPoint vasitəsilə aparılmış hər hansı əməliyyatla və xidmətlə bağlı sorğu və etirazı olduqda, Şirkətin Müştəri Xidməti vasitəsilə bildirir. Sorğu və ya etiraz müvafiq əməliyyatın həyata keçirildiyi gündən sonrakı 45 gün ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Şirkətə ünvanlanmış sorğu və ya etirazlara baxılmır və cavablandırılmır.

7. Sənədlərin və əməliyyatların hüquqi qüvvəsi
7.1. StartPoint vasitəsilə xidmətlərdən istifadə zamanı təsdiqlənmiş elektron sənədlər İstifadəçinin kağız daşıyıcıda olan şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir və StartPoint vasitəsilə əməliyyatların təsdiqi İstifadəçinin imzasının analoqu hesab edilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
7.2. Xidmətlərdən istifadə, habelə xidmətlərdən istifadə üçün giriş icazələrinin alınması məqsədilə İstifadəçi tərəfindən müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi, barmaq izi və ya digər fərdi biometrik göstəricilərdən istifadə edilməsi İstifadəçiyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
7.3. İstifadəçi qəbul edir ki, StartPoint vasitəsilə xidmətlərdən istifadə zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübut hesab olunur.
8. Təsdiq və bəyanatlar
8.1. İstifadəçi təsdiq və bəyan edir ki, StartPointdə qeydiyyat və ya istifadə zamanı daxil etdiyi məlumatlar tam və düzgündür, habelə bütün məlumatlar şəxsən özünə məxsusdur. StartPoint vasitəsilə xidmətlərdən istifadə zamanı İstifadəçi tərəfindən rekvizitlərin və ya digər məlumatın səhv daxil edilməsi, habelə ona məxsus olmayan məlumatın istifadə edilməsi ilə bağlı yarana biləcək risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
8.2. İstifadəçi StartPoint vasitəsilə əməliyyatların aparılması zamanı özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Şirkət məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Şirkətdən asılı olmayan səbəblərdən həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Şirkət məsuliyyət daşımır.
8.3. Mobil cihazın və/və ya SİM-kartının itirilməsi, oğurlanması və ya hər hansı formada İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində sonuncuya dəymiş zərərə görə Şirkət məsuliyyət daşımır. Bu zaman Şirkətə və ya üçüncü şəxslərə dəymiş zərərə görə İstifadəçi məsuliyyət daşıyır.
8.4. Mobil Tətbiq vasitəsilə xidmətlərdən istifadə zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. Buna görə də təklif olunan xidmətdən istifadə etməzdən əvvəl Tərəfdaşın şərtlər və tarifləri ilə tanış olmalı və yalnız bütün şərtlər ona aydın olduqdan sonra xidməti təsdiq etməlidir.
8.5. Siz mövcud və ya ehtiyac olduğu halda StartPoint üzrə hər hansı təhlükəsizlik yenilənməsi və ya proqram əlavəsinin quraşdırılmasına razılıq verirsiniz.
8.6. İstifadəçi aşağıdakılardan irəli gələn bütün iddialar, zərərlər və/və ya xərclər üçün məsuliyyət daşıyır:
(i) StartPointdən qanunvericiliyə və ya şirkətdaxili qaydalara zidd istifadə;
(ii) İstifadəçinin təqdim etdiyi məlumatlara Şirkətin etibar etməsi;
(iii) Bu Razılaşmanın müddəalarının, eləcə də üçüncü şəxslərin əqli mülkiyyət və ya digər hüquqlarının pozulması.
8.9. Şirkət özünün tarif dərəcələrinə əsasən müvafiq xidmət haqqı və ya komissiya müqabilində xidmətləri göstərir. Siz təsdiq edirsiniz ki, Şirkətin tarif dərəcələri ilə tanış olmuşsunuz və gələcəkdə də Şirkətin rəsmi internet ünvanından (www.startpoint.az) tanış olacaqsınız. Şirkətin tarif dərəcələri (tarifləri) Şirkət tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

9. Zəmanətə dair şərtlər
9.1. Şirkət və ya istənilən proqram təminatçısı (Tətbiqin yüklənməsini təmin edən mobil telefon provayderi və ya istənilən vasitəçi) proqramla əlaqədar Sizin qarşınızda məsuliyyət və ya öhdəlik daşımır, habelə Tətbiq üçün hər hansı texniki və ya dəstək xidmətlərini təmin etmir.
9.2. StartPointdə mövcud olan xidmətlər Şirkət və onun Tərəfdaşları tərəfindən təmin edilir.
9.3. Sizin mobil xidmət provayderiniz tərəfindən Tətbiqdən istifadə məqsədilə ödənişlər (rouminq ödənişləri daxil olmaqla) tətbiq edilə bilər. Bu ödənişlərə görə Şirkət məsuliyyət daşımır.
9.4. Siz mobil qurğu və ya əməliyyat sisteminin satıcısı tərəfindən dəstəklənən və ya zəmanət verilən konfiqurasiyalardan kənar modifikasiya olunmuş qurğuda və ya əməliyyat sistemində StarPointdən istifadə etməməlisiniz. Bura "kodu qırılmış" (jail-broken) və ya "dəyişdirilmiş" (rooted) qurğular da daxildir.
9.5. StartPointdən istifadənin keyfiyyəti və ya məqsədəuyğunluğu heç bir təsdiq, bəyanat, zəmanət, təminat və ya razılaşma olmadan təmin edilir. Şirkət StartPointə girişin maneəsiz olacağına, hər hansı yubanma, problem olmayacağına zəmanət vermir.
9.6. Şirkət heç bir virus və ya digər təhlükəli, məhvedici xüsusiyyətlərin ötürülməyəcəyi və ya StartPointdən istifadə edən zaman Sizin mobil qurğunuza heç bir ziyan dəyməyəcəyinə zəmanət vermir. Siz müvafiq mühafizə, habelə məlumatların ehtiyatda saxlanması, avadanlıq və kompüter virusları və ya digər məhvedici xüsusiyyətlərin yoxlanılması üzrə müvafiq tədbirlər görülməsi üçün məsuliyyət daşıyırsınız.

10. Əqli mülkiyyət hüquqları
10.1. "STARTPOİNT""StartPoint" Şirkətin əmtəə nişanlarıdır. Bu əmtəə nişanları və bütün digər əlaqəli nişanlar üzrə hüquqlar Şirkətə məxsusdur. İstifadəçi Şirkətin əmtəə nişanlarından, loqo və ya brend adından fərdi, təşkilati və ya hər hansı kommersiya məqsədləri üçün istifadə edə və ya çoxalda bilməz.
10.2. Tətbiqdən istifadə, o cümlədən üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar İstifadəçi və ya üçüncü tərəfin iddiaları, məhsula görə cavabdehlik iddiaları, eləcə də hüquqi və ya tənzimləyici tələblərə əməl olunması və İstifadəçinin hüquqlarının qorunması barədə iddialar Şirkətə yönləndirilməlidir.
10.3. StartPointə daxil olan səhifələr, görüntülər, məlumatlar və materiallar, habelə StartPoint tətbiqinin və ya onun hər hansı hissəsinin obyekt və ilkin mətn kodları da daxil olmaqla bütünlükdə müəlliflik hüquqları Şirkətə məxsusdur və ya ona lisenziya verilmişdir.
10.4. İstifadəçi aşağıdakıları təmin etməlidir:
(i) StartPointin tam və ya qismən surətini çıxarmamaq və ya çoxaltmamaq;
(ii) StartPointə və ya onun hər hansı hissəsinə tərsinə mühəndislik aparmamaq, dəyişiklik, modifikasiya etməmək və ya uyğunlaşdırmamaq;
(iii) StartPoint və ya onun hər hansı hissəsinin obyekt kodlarını ilkin mətn kodlarına və ya yüksək proqramlaşdırma dillərinə köçürməmək;
(iv) StartPoint və ya onun hər hansı hissəsinin obyekt kodlarını mənimsəməmək;
(v) StartPoint daxilində olan və ya ona aid hər hansı müəlliflik hüququ barədə bildirişi çıxarmamaq və ya müdaxilə etməmək (bütün sahiblik hüququ Şirkətə məxsusdur).

11. Razılaşmanın imzalanması, dəyişikliklər və xitam verilməsi
11.1. Bu Razılaşma Tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya Şirkətin texnoloji vasitələrindən istifadə edilməklə İstifadəçi tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və müddətsiz olaraq qüvvədə qalır. Razılaşmanın imzalanma qaydası ilə bağlı müddəa həm hazırda imalanan Razılaşmaya, həm də bu Razılaşma üzrə və ya StartPoint vasitəsilə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlərə) tətbiq olunur. Şirkət bu Razılaşmaya istənilən zaman birtərəfli qaydada dəyişiklik edə və ya xitam verə bilər.
11.2. Şirkət Razılaşmaya dəyişiklik barədə StartPoint vasitəsilə Sizə bildiriş təqdim edə bilər. Bu zaman Siz, həmin dəyişiklik qüvvəyə minməmişdən əvvəl StartPointdəki şəxsi hesabınızı (qeydiyyatınızı) silməklə Razılaşmaya xitam verə bilərsiniz. Əgər Siz müvafiq bildiriş müddəti başa çatdıqdan sonra hesabınızı silməsəniz və/və ya StartPoint vasitəsilə xidmətlərdən istifadə etməyə davam etsəniz, bu zaman Şirkət hesab edir ki, Siz dəyişikliyi qəbul etmisiniz və müvafiq dəyişiklik avtomatik olaraq qüvvəyə minir.
11.3. Şirkət aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda dərhal bu Razılaşmaya xitam verə bilər:
(i) İstifadəçi bu Razılaşmanın müddəalarını kobud surətdə və ya ardıcıl olaraq pozduqda;
(ii) StartPointdən üçüncü şəxslərin istifadə etməsi barədə Şirkətdə əsaslı şübhələr olduqda;
(iii) Mobil cihazınız və ya əməliyyat sisteminiz Tətbiqi dəstəkləmədikdə, habelə mobil cihazınızın əməliyyat sisteminin istehsalçısı, istənilən tətbiqi proqram təminatçısı və ya digər vasitəçi tərəfindən geri qaytarıldıqda;
(iv) Şirkət, bu Razılaşmanın icrasını davam etdirməsinin qüvvədə olan qanunvericiliyin, məhkəmə qərarının və ya digər vəzifənin pozulması riski daşıdığını və ya Şirkətdə müvafiq dövlət orqanları (qurumları) tərəfindən tədbir və ya qadağa tətbiq olunacağını güman etdikdə;
(v) İstifadəçinin Tətbiqi yükləmək hüququ yoxdursa və ya Tətbiqi yükləmək/istifadə etmək hüququ məhdudlaşmışdırsa;
11.4. Şirkət bu Razılaşmanın 11.3-cü bəndindəki halların xarakterini nəzərə alaraq, bu Razılaşmaya xitam verdiyi barədə İstifadəçiyə SMS vasitəsilə, habelə elektron poçt və s. formada bildiriş verə bilər.
11.5. Siz mobil cihazınızda Tətbiqi sildikdə belə, gələcəkdə Tətbiqi yenidən yükləməklə şəxsi kabinetinizə daxil ola bilərsiniz. Qeydiyyatınızı ləğv etmək üçün Siz Şirkət ilə əlaqə saxlamalısınız. Şirkət gələcəkdə bu xidməti StartPoint vasitəsilə Sizə təqdim edə bilər. Qeydiyyat tərəfinizdən ləğv edildikdə, bu Razılaşma üzrə Şirkət qarşısında hər hansı öhdəliyiniz yoxdursa, bu Razılaşmaya xitam verilmiş hesab edilir.
11.6. Hər hansı səbəbdən bu Razılaşma xitam verildikdə, bu Razılaşma ilə əldə etdiyiniz bütün hüquqlara xitam verilə və buna müvafiq olaraq, Sizin StartPoint qeydiyyatınız ləğv edilə bilər.

12. Məxfilik Siyasəti
12.1. Biz bilirik ki, Siz İstifadəçinin şəxsi və maliyyə məlumatlarının necə idarə olunması ilə maraqlanırsınız. Şirkət tərəfindən təmin edilən onlayn xidmətlər üzrə şərt və müddəalarda Şirkətin Sizin və başqaları barədə məlumatları toplaması, emal etməsi və paylaşması barədə müddəalar ola bilər. İstənilən belə müddəalar həmçinin Sizin Tətbiqdən istifadə zamanı toplanmış və emal edilmiş məlumatlara tətbiq olunacaqdır (bu zaman "Siz" termininə İstifadəçi, habelə İstifadəçi məlumatları əsasında StartPointdən istifadə edən üçüncü şəxslər də daxildir). Bu müddəaları məhdudlaşdırmadan Şirkət olaraq, Sizin təqdim etdiyiniz bütün məlumatların (şəxsi məlumatlar daxil olmaqla) konfidensiallığını qorumaq üçün tədbirlər görürük. Buna baxmayaraq, Sizin və ya üçüncü şəxslərin təqsiri ucbatından həmin məlumatların Siz və ya üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Şirkət məsuliyyət daşımır.
12.2. Şirkət olaraq anlayırıq ki, toplayacağımız müştərilərə aid barmaq izləri və digər biometrik fərdi məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır. Buna görə də, Biz toplanılan, saxlanılan və işlənilən fərdi məlumatların (həmçinin arxivləşdirilmiş fərdi məlumatların) konfidensiallığının qorunması, məlumat sızmalarının qarşısının alınması, yarana biləcək hər hansı fəlakət və məlumat sızmaları üzrə tədbir görürük.
12.3. Şirkət olaraq müştərilərə ən yaxşı xidmətləri və məhsulları təqdim etmək üçün qanunvericiliyin yol verdiyi hədlərdə Sizə aid məxfi məlumatlardan istifadə edəcəyik. Biz məlumatları Tərəfdaşlarımıza, digər partnyorlarımıza, xidmət təminatçıları və ya agentlərinə ötürə bilərik. Bu zaman həmin şəxslərdən müvafiq konfidensiallıq və təhlükəsizlik standartlarını tətbiq etmələrinin tələb olunmasını təmin edəcəyik.
12.4. Biz məlumatları yalnız qanunvericilikdə icazə verildiyi və ya tələb olunduğu hallarda və həcmdə müvafiq icra hakimiyyəti və ya məhkəmə orqanlarına açıqlayacağıq.
12.5. İstifadəçilərə aid fərdi məlumatları aşağıdakı məqsədlərlə toplayırıq:
(i) StartPointdə qeydiyyatdan keçməklə təqdim edilən funksionallıqlardan yararlanmaq;
(ii) StartPoint vasitəsilə təqdim olunan məhsulların çeşidlərini genişləndirmək;
(iii) Şirkət tərəfindən təqdim olunan xidmətlərin səmərəliliyini və effektivliyini ölçmək, bazar araşdırması aparmaq;
(iv) İstifadəçilərin StartPoint tətbiqində fəaliyyətlərinin statistikasını öyrənməklə müştəri məmnuniyyətini artırmaq.
12.6. Şirkət olaraq yuxarıdakıları məhdudlaşdırmadan, məlumatları Şirkətin adından fəaliyyət göstərməyə müvəkkil edilmiş bütün daxili və xarici agentlərə, törəmə təşkilatlara və aidiyyəti şəxslərə (subpodratçılar daxil olmaqla) aşağıdakı məqsədlər üçün açıqlaya və ötürə bilərik:
(i) İstifadəçiyə təqdim edilən xidmətlərin keyfiyyətinin və sayının artırılması;
(ii) İstifadəçi ilə münasibətlərimizin inkişaf etdirilməsi, şəxsiyyətinin müəyyən edilməsi;
(iii) Cinayətlərin və kiberhücumların aşkar edilməsi və qarşısının alınması;
(iv) Məhkəmə və ya icra hakimiyyəti orqanları, o cümlədən Şirkətin daxili idarələrinin, yaxud ombudsmanın sorğu və ya tələblərinin yerinə yetirilməsi.
12.7. StartPointdən istifadə edərkən Siz yuxarıda təsvir olunan şəkildə məlumatların açıqlanması, emal edilməsi, saxlanması və ötürülməsinə razılıq vermiş hesab ediləcəksiniz.
12.8. Siz bu Razılaşmanı imzalamaqla (təsdiq etməklə) razılıq verir və bəyan edirsiniz ki, Şirkət Sizə məxus fərdi məlumatların toplanması və işlənməsini həyata keçirə, ehtiyac olduqda digər təşkilatlara təqdim edə bilər.

13. Kukilər (cookies) və Kuki Siyasəti
13.1. Kuki – veb səhifələrə giriş etdiyiniz zaman kompüterinizin, mobil telefonunuzun və ya digər elektron cihazınızın yaddaşına yazılan, mətn və ya rəqəmlər formasında olan kiçik məlumatların saxlanıldığı fayldır. Bu faylda veb səhifələrə daxil olmağınız haqqında məlumat əks olunur. Beləliklə, Siz daha əvvəl giriş etdiyiniz veb səhifədən təkrar istifadə etdikdə, veb səhifə Sizin məlumatlarınızı xatırlayacaqdır. Buna görə də kukilər, veb səhifələri effektiv və daha asan istifadə edə bilməyiniz üçün zəruri və vacibdir.
13.2. Kukilər kompüter viruslarının və ya digər zərərli proqramların yayılmasına səbəb olmayan passiv fayllardır. İlk növbədə kukilər elektron cihazlarınızın identifikasiyasına imkan yaradır.
13.3. Şirkət olaraq Sizə daha səmərəli xidmət, məhsul və ya təkliflər təqdim edə bilməyimiz üçün müxtəlif növ kukilərdən istifadə edirik.
13.4. Şirkət tərəfindən istifadə olunan kukilərin bəziləri İstifadəçilərə aid fərdi məlumatların toplanmasına imkan verir. Bu məlumatlar hər bir kukinin funksiyasını düzgün yerinə yetirməsi üçün vacibdir. Müvafiq məlumatlar Şirkət, habelə onun törəmə təşkilatları və aidiyyəti şəxsləri tərəfindən istifadə oluna bilər.
13.5. Fərdi məlumatlarınızla bağlı sorğu təqdim etmək, onlara çıxış əldə etmək və dəyişiklik etmək hüququnuzdan yararlanmanız üçün Şirkət ilə əlaqə saxlaya bilərsiniz.
13.6. Siz razılıq veririsiniz ki, Veb Səhifədən istifadənizi asanlaşdırmaq üçün Bizim kukilər yaratmağımıza etiraz etmirsiniz. Siz Veb Səhifədə və ya istifadə etdiyiniz brauzerdə müvafiq tənzimləmə aparmaqla kuki fayllarını bloka sala və ya silə, həmçinin onların fəaliyyətini məhdudlaşdıra bilərsiniz. Bunu etmək üçün fərqli brauzerlərdə müəyyən hərəkətlər etməyiniz lazım ola bilər. Brauzerlər üçün təlimatlarla müvafiq brauzerin veb səhifəsi vasitəsilə tanış olmağınızı tövsiyə edirik.
13.7. Bildiririk ki, Siz kukilərin yaradılmasından imtina etməklə Veb Səhifəmizdən tam funksional şəkildə istifadə etmək imkanını itirə bilərsiniz. Bu hallara görə Şirkət olaraq hər hansı məsuliyyət daşımırıq. Siz bütün və ya bəzi kukiləri bloklasanız, veb səhifənin düzgün işləməməsi və ya bəzi hissələrinə daxil ola bilməyəcəyiniz bir vəziyyət yarana bilər.
13.8. Biz kuki siyasətinə, xüsusilə də qanunvericiliyin tələblərinə uyğun olaraq istənilən dəyişikliyi etmək hüququnu özümüzdə saxlayırıq.

14. Digər məsələlər
14.1. Siz bu Razılaşma, habelə Məxfilik Siyasəti və Kuki Siyasətinin şərtləri ilə razılaşırsınız.
14.2. Bu Razılaşmanın (o cümlədən onun Əlavələrinin) hər hansı bəndinin qismən və ya bütünlüklə etibarsız, yaxud qanunvericiliyə zidd olması müəyyən edildikdə, sözügedən etibarsız bənd və ya onun etibarsız hissəsi bu Razılaşmadan çıxarılmış hesab ediləcək və bu Razılaşmanın digər bəndlərinin etibarsızlığına səbəb olmayacaqdır.
14.3. Tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri Tətbiq, habelə bu Razılaşmada nəzərdə tutulan və ya sonradan təqdim edilən mobil nömrələrinə SMS, ünvanlarına sifarişli məktub, elektron poçt ünvanı, teleqram və ya faks vasitəsilə göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər Tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə bilməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrə və ya digər rekvizitlərində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq.
14.4. Şirkət bu Razılaşmaya əsasən hüquqların hamısını və ya bir hissəsini istənilən digər tərəfə ötürə bilər. İstifadəçi bu Razılaşma ilə əldə etdikləri hüquqları və öhdəliklərini yalnız Şirkətin yazılı razılığı ilə başqa şəxsə ötürə bilər.

15. Tətbiq olunan hüquq
15.1. Bu Razılaşma, onun pozulması və ya mülki pozuntu ilə əlaqədar olan və ya ondan irəli gələn bütün iddialar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.