StartPoint nədir?

       StartPoint müxtəlif əyləncə mərkəzlərini və idman komplekslərini əhatəli bir şəkildə birləşdirib öz mobil tətbiqi və websaytı üzərindən fərdi və kooparativ müştərilərə xidmət göstərən platformadır.
İdman kompleksləri üçün vahid axtarış və müqayisə sisteminin olmaması səbəbindən insanlar cox zaman məlumatsız və az məlumatlı olur.
Bu problemi aradan qaldırmağa hədəflənmiş olan StartPoint insanlara idmanı daha əlçatan edərək sizi sağlam həyata daha da yaxın edir.
İlkin mərhələdə 15 nəfərlik peşəkar komanda heyəti ilə işə başlayan StartPoint, istifadəçilərinə ən yaxşı xidməti göstərə bilmək üçün hər keçən gün özünü inkişaf etdirməyə davam edir.

“StartPoint” istifadəçisi olmaq sizə nə qazandırır?

Vahid qeydiyyat ilə “Mobil Tətbiq” üzərindən sizə ən uyğun və ən yaxın kompleksin xidmətlərindən yararlanmaq;
Kampaniyalar barəsində ətraflı məlumat almaq;
Zamanınıza və xərclərinizə qənaət etmək;
Ədalətli və rahat platforma üzərindən seçim etmək;
Paketləri və gedişlərinizi izləmək.

“StartPoint” Partnyoru olmaq sizə nə qazandırır?

Bizimlə əməkdaşlıq edərək fərdi və koorparativ müştəriləri kompleksinizə cəlb edib yeni müştəri kütləsi qazanmaq imkanı;
Platforma üzərindən kompleksin ətraflı məlumatı, reklamı və brendin tanıdılması;
Təhlükəsiz və etibarlı onlayn ödəniş sistemi.
Müştəri məmnuniyyətinin ölçülməsində köməklik
İdman zallarının şirkətlətlə əməkdaşlıq etməsinə köməklik
Şirkətlərin benefit sistemlərini idarə etməsi və idman kompleksləri ilə rahat elaqə yarada bilməsi üçün imkanlar