2003-2007-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. 2008-2010-cu illərdə Azərbaycan Texniki Universitetinin magistratura pilləsini bitirib. 1996-cı ildə cüdo idman növü ilə məşğul olmağa başlayıb. 2003-cü ildən 2012-ci ilə kimi Azərbaycan yığma komandasının üzvü olub. Dəfələrlə cüdo üzrə Azərbaycan mükafatçısı adına sahib çıxıb. Cüdo üzrə Azərbaycanın idman ustasıdır. Veteran cüdoçular arasında 3 qat Avropa çempionudur. Yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliklərinin mükafatçılarının şəxsi məşqçisidir.